«Oskar» mükafatının təqdim edilməsindən sonra Amerika ulduzları arasında ən populyar tədbir olan «Vanity Fair» jurnalının təntənəli qəbulu bərpa ediləcək. «Variety» bildirir ki, 2009-cu ildə qəbul Şərqi Hollivuddakı «Sunset Tower» mehmanxanasında baş tutacaq. Qeyd edək ki, «Vanity Fair» jurnalının təntənəli qəbulu ənənəvi olaraq «Morten"s» restoranında keçirilir. «Vanity Fair» jurnalının redaktoru Qreydon Karter bildirib ki, tədbir ötən illərdən fərqli olaraq xeyli məhdud olacaq, dəvət edilənlərin siyahısında isə ciddi ixtisarlar ediləcək. Xərclərin aşağı salınması üçün ötən illərdə istifadə edilən proqramlardan və dekorasiyalardan istifadə olunması da nəzərdə tutulur. Xatırladaq ki, 2008-ci ildə təntənəli tədbir, ümumiyyətlə, ləğv edilib. Jurnal bu üsulla tətil edən ssenariçilərə dəstəyini bildirib.