Milandakı məşhur La Skala teatrının əməkdaşları tətildən imtina ediblər. Teatrın rəhbərliyi həmkarlar ittifaqları ilə, o cümlədən teatrın əməkdaşlarının böyük hissəsini özündə birləşdirən "Fials" təşkilatı ilə razılığa gələ bilib. Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Teatrdakı tətil çoxdan və maraqla gözlənilən "Don Karlos" operasının göstərilməsini şübhə altına almışdı. Qeyd edək ki, La Skala artıq 42 ildir hər il dekabrın 7-də bu operanı nümayiş etdirir. Milanın hamisi Amvrosiy Mediolanskiyə həsr olunan tamaşa orta hesabla 2 milyon avro gəlir gətirir və şəhərin həyatında ən əsas mədəniyyət hadisələrindən biri sayılır. Qeyd edək ki, bu il həmin tamaşaya İtaliyanın baş naziri Silvio Berluskoni, Rusiya və Argentina prezidentləri Dmitri Mevedev və Kristina Kirşner də tamaşa edəcəklər. Tamaşada Don Karlosun partiyasını Cüzeppe Filyanoti və Stüart Hill ifa edirlər. Yelizaveta Valua roluna isə Fiorentsa Sedolins və Mikaela Karozi dəvət ediliblər. Xatırladaq ki, "Fials" teatr rəhbərliyi və digər həmkarlar ittifaqları arasında hansısa razılaşmadan narazılığını bildirərək tətil elan etmişdi. Həmin razılaşmanın bəndləri ilə bağlı heç bir məlumat verilmir.