Böyük Britaniyanın "Empire" jurnalı dünya kinematoqrafiyasının ən dahi 100 qəhrəmanının siyahısını dərc edib. Reytinqə Çak Palankinin romanının motivləri əsasında çəkilən "Döyüş klubu"ndan Tayler Derden adlı personaj liderlik edir. Derdenin rolunu Bred Pitt oynayıb. İkinci yerdə bodibilder Devid Rouzun "Ulduz müharibələri" filmində oynadığı Dart Veyder gəlir. Üçüncü yeri isə mərhum aktyor Hit Lecerin "Qara cəngavər" filmində yaratdığı Coker personajı tutur. Siyahıda aşağıdakı filmlər də yer alıb: 4. Xan Solo (Harrison Ford) - "Ulduz müharibələri" 5. Qannibal Lektor (Entoni Hopkins) - "Quzuların susqunluğu" 6. İndiana Cons (Harrison Ford) - "İndiana Cons" 7. Ceffri Lebovski (Ceff Brices) - "Böyük Lebovski" 8. Kapitan Cek Sərçə (Conni Depp) - "Karib dənizinin quldurları" 9. Ellen Ripli (Siqurni Uiver) - "Özgə" 10. Vito Korleone (Marlon Brando) - "Xaç atası" 11. Ceyms Bond (Şon Konneri) - "Agent-007" 12. Con Makkleyn (Brüs Uillis) - "Möhkəm fındıq" 13. Qorlum (Endi Serkis) - "Üzüklər hökmdarı" 14. Terminator (Arnold Şvarsnegger) - "Terminator" 15. Ferris Böller (Mettyu Broderik) - "Ferris Böller istirahət götürür" Bundan əlavə, reytinqə "Matritsa", "Taksi sürücüsü", "Kriminal hekayə", "Forrest Qamp", "Şouşenkdən qaçış", "Çirkli Harri" kimi filmlər də daxil olub.