Harri Poter barədə romanların müəllifi olan Coan Roulinq yeni kitab çap etdirib. «Associated Press» agentliyinin məlumatına görə, məşhur yazıçının yeni kitabı «Bard Bidlin nağılı» («The Tales of Beedle the Bard») adlanır. Kitabın satışı dekabrın 4-də eyni zamanda 25 ölkədə başlayıb. «Bard Bidlin nağılı» tematik cəhətdən Harri Poter barədə sonuncu kitab - «Harri Poter və Ölüm Hədiyyəsi» ilə bağlıdır. Bu nağıllar toplusu Harri Poterə və dostlarına düşmənləri Volan-de-Mort üzərində qələbə çalmağa imkan verib. Kitaba 5 nağıl daxildir: «Üç qardaş haqqında», «Bəxt pərisinin fəvvarəsi», «Cadugər və tullanan dibçək», «Zarafatcıl dovşan və onun adamoynadan kötüyü», «Cadügərin tüklü ürəyi». Coan Roulinq yeni kitabının satışından əldə olunan bütün gəliri Avropada çox ağır xəstə uşaqlara kömək göstərməklə məşğul olan «The Children"s High Level Group» xeyriyyə fonduna köçirməyə hazırlaşır. Roulinq kitabı hələ 2007-ci ildə yazıb. O, yeni nağıllar toplusunun qiymətli daş-qaşla bəzənən 6 əlyazmasını yaxın dostlarına bağışlayıb. Yeddinci nüsxə isə 2007-ci il dekabrın 13-də «Sotheby"s» auksionunda 800 min funt-sterlinqə satılıb.