2008-ci ildə Böyük Britaniyada ən tez satılan kitab Harri Poterin yaradıcısı Coan Roulinqin «Bard Bidlinin nağılları» adlı yeni kitabıdır. Bu kitab çapdan çıxandan sonra ilk üç gün ərzində 367 min 625 nüsxə satılıb. «The Telegraph» qəzeti yazır ki, ikinci nəticə Ginnesin Rekordlar Kitabına məxsusdur: 73 min nüsxə.


Bestsellerlər siyahısında olan digər kitablar isə daha az tirajla satılıblar: Sebastyan Folksun Ceyms Bond barədə yazdığı «Devil May Care» («İblis gözləməyi sevmir») yeni romanı 4 gün ərzində 44 min tirajla, Böyük Britaniyada xeyli populyar olan aşpaz Deli Smitin «How to Cheat at Cooking» adlı aşpazlıq kitabı 2 gün ərzində 49 min nüsxə ilə satılıb.


İlin rekordçusu olan «Bard Bidlin nağılları» kitabının ümumi tirajı 8 milyondur. Bu rəqəmə tərcümə edilmiş variantlar da daxildir.
«Bard Bidlin nağılları» kitabında nə Harri Poter, nə də Rolinqin digər qəhrəmanlarının adı çəkilir. Amma bu, kitabın böyük uğur qazanmasına mane olmayıb. «Cinema Blend»in məlumatına görə, «Warner Brothers» kinostudiyası kitabın ekranlaşdırılması haqda düşünür.