Rusiyalı tədqiqatçılar maraqlı araşdırma aparıblar. Onların gəldiyi nəticəyə görə, Yeni ilin ən populyar tamaşaları «Şelkunçik» və «Qar qız»dır. Söhbət sözsüz ki, Rusiyadan və keçmiş SSRİ məkanından gedir. Tədqiqatçılar Yeni il ərəfəsində başlayan və 2 həftəyə yaxın davam edən bayram tədbirləri zamanı daha çox hansı tamaşaya üstünlük verildiyini araşdırmağa çalışıblar. Bunun üçün onlar Rusiyanın və MDB ölkələrinin rusdilli teatrlarında göstərilən tamaşaların siyahısını əldə ediblər.

Məlum olub ki, Yeni ildə teatrlar daha çox uşaqların sevimli məkanına çevrilir. Ən çox göstərilən tamaşalar isə «Şelkunçik» və «Qar qız»dır. Teatrların böyük əksəriyyəti bu tamaşaları mütləq repertuarına daxil edir. «Şelkunçik» həm də ən populyar Yeni il baletidir. Siyahıda sonrakı yerləri «Qar kraliçası», «Morozko» və «Şaxta Baba» tamaşaları tuturlar. Teatrların bu tamaşalara da tez-tez müraciət etməsinə baxmayaraq, onlar «Şelknçik» və «Qar qız»a çata bilmirlər.