“The Beatles” qrupunun keçmiş üzvü ser Pol Makkartni İslamı qəbul edənə qədər Ket Stivens adı ilə məşhur olan Yusif İslamla bir yerdə mahnı oxuyub. “Billboard”ın verdiyi məlumata görə, Makkartni, müğənni Dolli Parton və İslam “Boots & Sand” mahnısını oxuyublar.
Kompozisiya 2004-cü ildə baş verən insidentə həsr olunub. O zaman adının səhvən terrorçu siyahısına düşməsinə görə Yusif İslamı ABŞ-a buraxmayıblar.
“Boots & Sand” hələlik adı məlum olmayan albomun ilk mahnısıdır. “Universal” şirkəti albomu 2009-cu ilin yazında buraxmağı planlaşdırır. Qeyd edək ki, mahnıya videoklipi Bob Dilanın oğlu Cess çəkib.
Albomun daha bir mahnısı olan “To Be What You Must”u Yusif İslamla bir yerdə Mişel Branç və Qunnar Nelson ifa ediblər.