Yanvarın 24-də Luvrda muzeyin tarixi ərzində komikslərə həsr olunan ilk sərgi açılıb. "Le Petite Dessein" ("Böyük olmayan ideya") layihəsində 5 rəssam iştirak edir. Onların hər biri Luvra özünün qrafik hekayəsini təqdim edib. Həmin hekayələrin süjeti muzeylə bağlıdır. "Associated Press" agentliyi qeyd edir ki, 5 komiksdən ikisi hələ dərc edilməyib. Sərgi üçün işlərini belçikalı Bernar İsler, yaponiyalı Xiroxiko Araki, fransızlar Nikolya de Kresi, Erik Liberje və Mark-Antuan Matye təqdim ediblər. İsler "Luvr üzərində səma" adlı yeni kitabının əvvəlini, Araki "Rohan Luvrda" əsərinin fraqmentini göstərir.  De Kresinin komiksi "Buz dövrü", Matyeninki "Luvrun zirzəmiləri", Liberjeninki isə "İş vaxtından kənar saatlar" adlanır.