«Ticketmaster» kompaniyası 2008-ci ilin ən bahalı konsertlərinin siyahısını açıqlayıb. «MusicRadar»ın məlumatına görə, Madonnanın «Sticky & Sweet» turu çərçivəsində verdiyi konsertlər 2008-ci ilin ən bahalı konsert çıxışları hesab edilib.
   Madonnanın konsertlərinə biletlər onun pərəstişkarlarına orta hesabla 378 dollara başa gəlib. Xatırladaq ki, ilin yekunlarına uyğun olaraq, Madonna ən uğurlu müğənni hesab edilib. O, 12 ay ərzində 120 milyon dollar qazanıb. Müğənni 2009-cu ilin yayında Avropa turnesini davam etdirmək niyyətindədir.
   İkinci yerdə Elton Con gəlir. Onun şoularına biletlər orta hesabla 306 dollara satılıb. İlk üçlüyü «The Eagles» qrupu tamamlayır. Bu qrupun konsertlərinə 279 dollara düşmək mümkün olub.
   2008-ci ilin ən bahalı konsertlərinin reytinqi aşağıdakı kimidir:
  
   1. Madonna (378 dollar)
   2. Elton Con (306 dollar)
   3. The Eagles (279 dollar)
   4. AC/DC (263 dollar)
   5. Tina Terner (263 dollar)
   6. Selin Dion (240 dollar)
   7. Brüs Sprinqstin (235 dollar)
   8. Coldplay (217 dollar)
   9. Nil Daymond (217 dollar)
   10. The Police (216 dollar)