«20th Century Fox» kinoşirkəti «Narniya salnamələri» filminin növbəti seriyasının ekranlara çıxacağı vaxtı elan edib. «Variety»nin məlumatına görə, «Narniya salnamələri: Sübh fatehi və ya dünyanın sonuna üzmək» filmi 2010-cu il dekabrın 10-da göstəriləcək.
   Qeyd edək ki, bundan əvvəl filmin çəkilişlərinə cavabdeh olan «Walden Media» studiyası Maykl Petronini filmin ssenaristi təyin edib. Bu, kinoşirkətin filmi nəzərdə tutulan vaxtda çəkib başa çatdırmaq niyyətindən xəbər verir.
   Xatırladaq ki, «Walt Disney» kinokompaniyası maliyyə və loqistik səbəblərdən filmi maliyyələşdirməkdən imtina edəndən sonra «Narniya salnamələri»nin taleyi qaranlıq qalmışdı. Şirkətdəki mənbələr bildirirlər ki, rəhbərlik filmin ikinci hissəsi olan «Narniya salnamələri: Şahzadə Kaspian»ın gətirdiyi gəlirdən narazı qalıb.
   «20th Century Fox» kinostudiyası layihəni maliyyələşdirməyə razı olsa da, büdcə xeyli azaldılıb.