28 May - Respublika Günüdür. Bu günün bir qəhrəmanı da qızım Lamiyədir. Bu gün onun ad günüdür.
   
   
   İyirmi səkkiz may günü
   Millətin humay günü
   Sən dünyaya göz açdın
   Vətənə hilal qızım
   Mənim istiqlal qızım!
   
   Ağac kimi çətirli
   Çiçək kimi ətirli
   Hamımızdan xətirli
   Şirin, şəkər bal qızım
   Mənim istiqlal qızım!
   
   Mayısın bu günündə
   Vətən millət yönündə
   Bayrağımız önündə
   Bizi yada sal qızım
   Mənim istiqlal qızım!
   
   
   Xoşbəxt yaşa dünyada
   Dəyməsin sənə qada
   Bir gün mən olmayanda
   Bu şerimi oxuyub
   Edərsən xəyal qızım
   Mənim istiqlal qızım!

   
   Süleyman Dadaşov,
   Qobustan rayonu