Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Mənsum İbrahimovun 50 illik yubileyi qeyd ediləcək. Yubiley ərəfəsində Xalq artistinin həyat və yaradıcılığını əks etdirən kitab hazırlanıb. Yazıçı-publisist Mustafa Çəmənlinin tanınmış ifaçı ilə bağlı qələmə aldığı “Məcnunun Məcnunu” kitabının təqdimat mərasiminin sentyabrda keçirilməsi nəzərdə tutulur.
   Bu günlərdə Azərbaycan Milli Konservatoriyasının dosenti adını alan Mənsum İbrahimov pedaqoji fəaliyyətlə məşğul olmasını 50 illik həyatının ən önəmli hadisəsi kimi dəyərləndirib.