Avqustun 15-19-da Litvanın mədəniyyət naziri Arunas Qelunasın başçılığı altında nümayəndə heyəti Azərbaycana səfər edəcək. Səfərin əsas məqsədi Azərbaycan Respublikası və Litva Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlığı genişləndirmək və birgə layihələri müzakirə etməkdən ibarətdir. Səfər zamanı nümayəndə heyətinin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində və digər dövlət qurumlarında görüşlərinin keçirilməsi nəzərdə tutulur.