ABŞ-ın Çikaqo şəhərində Bakıdakı Heydər Əliyev Mərkəzinin memarı Zaha Hadidin layihə müəllifi olduğu pavilyon açılıb. Çikaqonun Milenium Parkında tikilmiş pavilyon mürəkkəb alüminium quruluşa malikdir və onun hər bir elementi obyektin orijinal forma almasına xidmət edir.
Metal konstruksiyanın üzəri daxildən və xaricdən dəri ilə örtülüb ki, bu da eyni zamanda pavilyonda göstəriləcək videofilmlər üçün ekran rolunu oynayacaq.
Pavilyonu istənilən zaman söküb, digər ərazidə olduğu kimi yığmaq mümkündür.