İmpressionistlərin və sürrealistlərin əsərlərinin hərraca çıxarıldığı satışlar “Christie"s” satış evinə təxminən 100 milyon funt sterlinq gəlir gətirib.
“İmpressionizm və modernizm sənəti” və “sürrealist sənəti” kateqoriyalarında hərraca çıxarılan bütün lotların ümumi dəyəri 87,3-129,1 milyon funt sterlinq təşkil edirdi. Aralarında Şaqal, Sezann, Pikasso, Maqritt və Dalinin əsərləri olan lotların qiyməti 300 min funt sterlinqdən 10 milyon funt sterlinq arasında dəyişirdi.
Axşam hərracında “impressionizm və modernizm sənəti” kateqoriyasında XIX-XX əsrlərə aid aparıcı rəssamların satışa çıxarılan 50-yə yaxın əsəri satış evinə 66,43 milyon funt sterlinq qazanc gətirib. “Sürrealist sənəti” kateqoriyası üzrə 16 rəssamın 42 əsərindən isə təxminən 30 milyon funt sterlinq əldə edilib.