Ecazkar təbiət gəlir mənbəyidir

“Buzlaqlar ölkəsi” İslandiya qeyri-adi, gözəl təbiətinə və heyranedici landşaftına görə dünya kinosunun ən populyar çəkiliş məkanlarından biri sayılır. Amma bu, əcnəbi kinematoqrafçılar üçün heç də havayı başa gəlmir. Bu günlərdə İslandiya parlamenti ölkə ərazisində kino çəkilişinə qoyulan vergini 20 faizdən 25 faizə qaldırmaq barədə qərar qəbul edib.
Dəyişiklik gələn il yanvarın 1-dən qüvvəyə minəcək. Bu təşəbbüs 2021-ci ilə qədər nəzərdə tutulan vergi islahatının tərkib hissəsi sayılır.
Qanunvericilikdə oxşar dəyişikliyin aparılması yalnız İslandiyaya aid deyil. Bu ilin yanvarında Fransa hökuməti də ölkə ərazisində film çəkilişləri üçün vergi dərəcəsini 20 faizdən 30 faizə qaldırıb.
Norveçdə isə bu verginin dərəcəsi 25 faizdir. Analoji qanun dəyişikliyinin aparılması Rumıniyada, Almaniyada və Serbiyada da gündəlikdədir.