Avstraliyalı 18 yaşlı Leklen Smart kiçik motorlu təyyarə ilə dünya turu edən ən gənc insan olub. Leklen Smart 54 gün davam edən səyahəti zamanı dünyanın 15 ölkəsində, 24 dəfə eniş edib. O, səyahəti zamanı əsasən hava şəraitinin, xarici aviadispetçerlərlə ünsiyyətin və digər insanların dəstəyinin olmamasının çətinliklər yaratdığını bildirib.
Avstraliyalı gənc əvvəlki rekordçu amerikalı Metta Qutmillerdən bir yaş kiçikdir.
L.Smart avqustun 27-də Avstraliyanın Kvinsland ştatının şimal-şərqində yerləşən aeroportlardan birinə eniş edib.