“Nərimanfilm” kinostudiyasında istehsal olunan “Sahə” filminin operatorları Konstantin Esadze və Vako Karçxadze ABŞ-da keçirilən “Golden Eye” kino və teleoperatorlarının beynəlxalq festivalının xüsusi mükafatını qazanıblar.
   Azərbaycan və Gürcüstanın birgə istehsalı olan “Sahə” filminin rejissoru və ssenari müəllifi İlqar Safatdır. “Sahə” bədii filmi (“The Precinct”) məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən bəhs edir. Filmdə baş rolları Vaqif İbrahimoğlu (Azərbaycan), Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa) ifa ediblər.