Noyabrın 5-də Daşkənddə Azərbaycan Respublikasının Milli Sərgisi açılacaq. İqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılığı ilə Azərbaycan nümayəndə heyəti artıq Daşkənddədir.
   Milli Sərgidə yanacaq-energetika, inşaat, maşınqayırma, avtomobilqayırma, informasiya texnologiyaları, aqrosənaye, ekologiya, turizm, səhiyyə, təhsil, sosial təminat, idman, habelə idman strukturları, tarix, mədəniyyət və digər sahələri əhatə edən 160-dan artıq müəssisənin 1700-dən çox müxtəlif çeşiddə məhsulları nümayiş etdiriləcək.
   Sərgidə Heydər Əliyev Fondunun fəaliyyətini əks etdirən xüsusi stend də yaradılıb.
   Sərgi iştirakçılarına Azərbaycan haqqında kitab, jurnal və broşürlər, həmçinin mədəniyyət və tariximizlə bağlı müxtəlif disklərin paylanması da nəzərdə tutulur.