Noyabrın 5-də Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda Xalq artisti, bəstəkar Tofiq Quliyevin anadan olmasının 93-cü ildönümünə (7 noyabr 1917) həsr olunmuş xatirə gecəsi keçiriləcək. Tədbirdə Eldar Quliyevin onun haqqında çəkdiyi yeni sənədli filmin nümayişi də nəzərdə tutulur. Tədbir Bəstəkarlar İttifaqının “Müasirlərlə dialoq” layihəsi çərçivəsində gerçəkləşəcək.
   Azərbaycan estrada musiqisinin banilərindən biri, pianoçu, dirijor, çoxsaylı populyar mahnıların, film və tamaşalara yazılmış musiqi əsərlərinin müəllifi olan görkəmli bəstəkar 2000-ci il oktyabrın 4-də vəfat edib.