YARAT Müasir İncəsənət Məkanı avqustun 20-21-də hatha-yoqa üzrə ixtisaslı təlimçi İra Berezinanın rəhbərliyi ilə yoqa kursları təşkil edəcək.
Layihənin məqsədi şüurlu surətdə həyata keçirdiyimiz proseslərlə qeyri-şüurlu proseslərimiz arasında, yəni zehin ilə vücud, çalışqanlıq ilə rahatlıq, fikrin cəmləşdirilməsi ilə dalğınlıq arasında balans yaratmaqdır. Bu zaman insanın həyatında böyük hadisə baş verir, onun ali şüuru oyanır.