Azərbaycan
   
   16 iyul 1913 - Xalq artisti, müğənni Mirzə Babayevin (1913-2002) doğum günüdür. Müğənnilik fəaliyyəti ilə yanaşı, aktyor kimi bir sıra kinofilmlərdə çəkilib, 30-dan çox filmdə rol alıb. Mirzə Babayev uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. İxtisasca memar olub, Nizami adına Ədəbiyyat Muzeyinin layihə çəkilişində iştirak edib. 2003-ci il yanvarın 13-də vəfat edib.
   16 iyul 1934 - Azərbaycanın Əməkdar memarı, Beynəlxalq Memarlıq Akademiyasının üzvü Rasim Həsən oğlu Əliyev anadan olub.
   
   17 iyul 1487 - Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli sərkərdə, şair Şah İsmayıl Xətai (1487-1524) Ərdəbildə anadan olub. Səfəvilər dövlətinin təməli dini-siyasi hərəkat olaraq şeyx Səfi tərəfindən qoyulub. 1450-1480-ci illərdə Ağqoyunlu hökmdarı Uzun Həsənin (İsmayılın ana tərəfdən babası), Şeyx Cüneydin (ata tərəfdən babası) və Şeyx Heydərin (atası) Azərbaycan torpaqlarını birləşdirmək uğrunda başladıqları işi Şah İsmayıl həyata keçirib. 1501-ci ildə Təbrizi paytaxt elan etməklə Səfəvi dövlətini qurub. Eyni zamanda, dövrünün tanınmış şairi olub, «Xətai» təxəllüsü ilə əsərlər yazıb. 1524-cü il mayın 23-də qəflətən vəfat edib, Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunub.
   17 iyul 1935 - Ədəbiyyatşünas, tərcüməçi Xəlil Həmid oğlu Yusifli anadan olub.
   17 iyul 1939 - Etnoqraf, folklorşünas Hikmət Əhməd oğlu Əbdülhəlimovun doğum günüdür.
   17 iyul 1945 - Ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Teymurçin İlyas oğlu Əfəndiyev anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorudur.
   
   17 iyul 1953 - Tanınmış aktor, Xalq artisti Telman Adıgözəlov (1953-2010) anadan olub. 2010-cu il aprelin 15-də dünyasını dəyişib.
   17 iyul 1958 - Şair, publisist, tərcüməçi Mahir Niyazi oğlu Qarayevin doğum günüdür.
   
   17 iyul 2001 - Görkəmli tarixçi alim, şərqşünas, akademik Sara Balabəy qızı Aşurbəyli (27.01.1906-2001) vəfat edib. Orta əsrlər Azərbaycan şəhərlərinin tarixinə dair dəyərli araşdırmalar aparıb, əsərləri ingilis, fransız dillərində çap edilib. Azərbaycan Rəssamlar İttifaqının üzvü olub, boyakarlıq əsərlərinin müəllifidir.
   
   18 iyul 1018 - Böyük türk yazarı və dövlət xadimi, Səlcuq sultanları Alparslan va Məlikşahın vəziri, məşhur "Siyasətnamə" kitabının müəllifi Nizamülmülk (tam adı Əbu Əli Əl-Həsən ət-Tusi Nizamülmülk, 1018 - 14.10.1092) anadan olub.
   
   18 iyul 1927 - Tanınmış heykəltəraş, Xalq rəssamı Tokay Məmmədov anadan olub. Bakıda Üzeyir Hacıbəyovun, Nəsiminin, Füzulinin heykəllərinin müəllifidir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi kimi gənc heykəltəraşların yetişməsinə öz töhfəsini verib.
   
   19 iyul 1915 - Tanınmış opera müğənnisi, xalq artisti Ağababa Bünyadzadə (1915-17.12.1974) anadan olub.
   19 iyul 1945 - Professor, musiqişünas, ilk azərbaycanlı violençel çalan qadın Nəzmiyyə Müzəffər qızı Abbaszadə anadan olub.
   
   20 iyul 2001 - Prezident Heydər Əliyev Milli Mətbuat, Teleradio və İnternet Şurasının yaradılması barədə fərman imzalayıb. Fərmana əsasən, yeni təsisat ölkədə kütləvi informasiya fəaliyyətinə ictimai nəzarəti təmin etməli idi. Sonradan beynəlxalq ekspertlərin (Avropa Şurası) tövsiyəsi ilə dövlət tərəfindən yalnız Teleradio Şurasının yaradılması qərara alındı. Mətbuat Şurası isə 2003-cü ildə qeyri-hökumət qurumu kimi təsis edildi.
   
   
   Dünya
   
   16 iyul 1486 - İntibah dövrünün italyan rəssamı Andrea del Sarto (Andrea del Sarto, 1486-1531) anadan olub.
   16 iyul 1723 - İngilis rəssamı və incəsənət nəzəriyyəçisi Coşua Reynolds (Joshua Reynolds, 1723-1792) anadan olub.
   16 iyul 1858 - Belçika bəstəkarı, dirijor Gjen İzai (Eugene Ysaye, 1858-1931) anadan olub.
   
   16 iyul 1911 - Amerikalı aktrisa və rəqqasə, «Oskar» mükafatı laureatı Cincer Rocersin (əsl adı Virciniya Ketrin MakMet) - (Ginger Rogers - Virginia Katherine McMath, 1911-1995) doğum günüdür.
   16 iyul 1928 - Amerika fantast-yazıçısı Robert Şekli (Robert Sheckley, 1928-2005) anadan olub.
   16 iyul 1968 - İnternet dünyasında «Vikipedia» ensiklopedik toplusunun yaradıcılarından biri, fəlsəfə doktoru Larri Senger (Lawrence Mark Sanger) anadan olub.
   
   17 iyul 1797 - Fransız rəssamı, tarixi naturalist rəngkarlığın banisi Pol (İppolit) Delaroş (Hippolyte (Paul) Delaroche, 1797- 1856) anadan olub.
   17 iyul 1888 - İsrail yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1966) laureatı Samuel Aqnon (Samuel Josef Agnon, 1888-1970) anadan olub.
   17 iyul 1889 - Amerika yazıçısı, detektiv əsərlərin müəllifi Erl Stenli Qardnerin (Erle Stanley Gardner, 1889-1970) doğum günüdür.
   
   17 iyul 1935 - Məşhur kanadalı aktyor və prodüsser («Epidemiya», «Virus», «Kosmik kovboylar» və s. filmlər) Donald Sazerlend (Donald McNichol Sutherland) anadan olub.
   
   18 iyul 1610 - Dahi italyan rəssamı, Avropa realist rəngkarlığının banisi Mikelancelo Karavaco (Michelangelo Merisi da Caravaggio, 1573-1610) vəfat edib.
   18 iyul 1811 - İngilis yazıçısı Uilyam Tekkerey (William Makepeace Thackeray, 1811-1863) anadan olub.
   18 iyul 1821 - Məşhur fransız opera müğənnisi, rus yazıçısı İvan Turgenevin «ilham pərisi» Polina Viardo-Qarsia (Pauline Viardot-Garcia, 1821-1910) anadan olub.
   18 iyul 1900 - Rus əsilli fransız yazıçısı Natali Sarrot (Nataliya İvanovna Çernyak) - (Nathalie Sarraute, 1900-1999) anadan olub.
   18 iyul 1938 - Holland əsilli Amerika rejissoru Pol Verxuven (Paul Verhoeven) anadan olub.
   
   18 iyul 1942 - Dünya şöhrətli ingilis müğənnisi və bəstəkarı, «The Beatles» qrupunun yaradıcılarından biri Ceyms Pol Makkartninin (James Paul McCartney) doğum günüdür.
   
   19 iyul 1834 - Fransız rəssamı və heykəltəraşı Edqar Deqa (Edqar- Jermen-İler de Qa) (Edgar Degas - Hilaire Germain de Gas, 1834-1917) anadan olub.
   19 iyul 1898 - Alman filosofu və sosioloqu, Qərbdə sol ekstremist cərəyanların ideoloqu olmuş Herbert Markuze (Herbert Marcuse, 1898-1979) anadan olub.
   19 iyul 1934 - Məşhur rus aktyoru, Rusiyanın Xalq artisti Aleksandr Şirvindt anadan olub.
   
   19 iyul 1938 - Gürcü müğənnisi, bəstəkarı, aktyor («Mimino» filmi), rejissor və ssenarist Vaxtanq Kikabidzenin doğum günüdür.
   19 iyul 1951 - Amerika kinorejissoru Abel Ferrara (Abel Ferrara) anadan olub.
   
   20 iyul 1304 - İtaliya intibahının görkəmli nümayəndəsi, şair Françesko Petrarka (Francesco Petrarca, 1304-1374) anadan olub.
   20 iyul 1656 - Avstriya memarı, arxitekturada imperiya üslubunun banisi Yohann Bernhard Fişer fon Erlax (Johann Bernhard Fischer von Erlach, 1656-1723) anadan olub.
   20 iyul 1864 - İsveç şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1931) laureatı Erik Karlfeldt (Erik Axel Karlfeldt, 1864-1931) anadan olub.
   20 iyul 1882 - Alman filosofu Nikolay Hartman (Nicolai Hartmann, 1882-1950) anadan olub.
   20 iyul 1890 - İtalyan rəssamı və heykəltəraşı Corco Morandinin (Giorgio Morandi, 1890-1964) doğum günüdür.
   20 iyul 1894 - Rus rəssamı Lev Aleksandroviç Bruni (1894-1948) anadan olub.
   20 iyul 1895 - Macar və amerikan rəssamı, fotoqraf və bəstəkar, konstruktivizm cərəyanının parlaq nümayəndəsi Laslo Moxoy-Nad (Laszlo Moholy-Nagy, 1895-1946) anadan olub.
   
   20 iyul 1924 - Görkəmli rus-sovet rejissoru («Baharın on yeddi anı» teleserialı) Tatyana Mixaylovna Lioznova anadan olub.
   20 iyul 1938 - Rus kinorejissoru, aktyor və ssenarist Aleksey Georgiyeviç German anadan olub.
   20 iyul 1940 - Rus bəstəkarı, məşhur estrada mahnılarının müəllifi David Tuxmanovun doğum günüdür.
   20 iyul 1941 - Rus-sovet aktriyası Lyudmila Çursina anadan olub.
   20 iyul 1969 - Amerikanın populyar aktyoru Coş Li Holouey (Josh Holloway) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan