5 (18) sentyabr 1885 - Şuşa qəzasının Ağcabədi kəndində Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində gələcəyin dahi bəstəkarı - Üzeyir adlı oğlan uşağı dünyaya gəlir.
   
   1897 - Şuşada Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü və rəhbərliyi ilə Məhəmməd Füzulinin «Leyli və Məcnun» poeması əsasında göstərilmiş «Məcnun Leylinin məzarı üstundə» adlı musiqili səhnəcikdə Üzeyir Hacıbəyli xor dəstəsində iştirak edib.
   
   1899 -
   Üzeyir Hacıbəyli Şuşada Haşım bəy Vəzirovun müdir olduğu rus-tatar məktəbini bitirib.
   Avqust - Üzeyir Qori Müəllimlər Seminariyasına qəbul olunub.
   
   İyun 1904 - Üzeyir Hacıbəyli Qori Müəllimlər Seminariyasını bitirib, ibtidai məktəb müəllimi diplomu alıb.
   
   1904-1905 - Hadrut kənd məktəbində müəllim işləyib, burada rus dili, hesab, tarix və musiqidən dərs deyib.
   
   1905
   - Üzeyir Hacıbəyli Bakı şəhərinə köçüb. Ədəbi-publisistik fəaliyyətə başlayaraq «Həyat» qəzetində tərcüməçi işləyib.
   17 dekabr - Həmin gündən nəşr edilməyə başlayan «İrşad» qəzetinin əməkdaşı olub.
   
   1905-1907 - Bakı şəhəri yaxınlığındakı Bibiheybət kənd məktəbində ana dili, rus dili, riyaziyyat, çoğrafiya və musiqi müəllimi işləyib.
   
   1907
   - «Leyli və Məcnun» operası üzərində işə başlayıb.
   - Üzeyir Hacıbəylinin tərtib etdiyi «Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti» Orucov qardaşlarının mətbəəsində çapdan çıxıb.
   - «Hesab məsələləri» kitabını yazlıb.
   
   1908
   12 yanvar - Üzeyir Hacıbəylinin müəllifi olduğu ilk Azərbaycan operası “Leyli və Məcnun” tamaşaya qoyulub. Bu, müsəlman Şərqində ilk opera əsəri idi. Premyera öncəsi Bakı küçələrinə vurulan ilk afişa bu məzmunda idi: “Müsəlman dilində əvvəlinci dəfə opera. “Leyli və Məcnun”. Şənbə günü, axşam, yanvarın 12-si (yeni təqvimlə 25-i) “Nicat” maarif cəmiyyətinin dram heyəti tərəfindən mövqe-tamaşaya qoyulacaq”.
   - Üzeyir bəy «İrşad» qəzeti redaksiyasında jurnalistlik fəaliyyətini davam etdirib.
   - «Səadət» müsəlman xeyriyyə cəmiyyətinin açdığı eyniadlı məktəbdə rus dili, hesab və təbiyyat fənlərindən dərs deyib.
   3 iyul - «Tərəqqi» qəzeti ilə əməkdaşlığa başlayıb. 1909-cu il iyunun 28-də Əhməd bəy Ağaoğlu xaricə getdikdən sonra həmin ilin oktyabrınadək (qəzet çar hökuməti tərəfindən bağlananadək) Ü.Hacıbəyli qəzetin redaktoru olub.
   
   1909
   30 noyabr - Bakıda Ü.Hacıbəylinin «Şeyx Sənan» operasının ilk tamaşası olub. 20 dekabr - Üzeyir bəy Məleykə xanım Terequlova ilə evlənib. 25 dekabr - Bakıda çıxan «Həqiqət» qəzetinin naşiri və baş redaktoru kimi fəaliyyətə başlayıb, 121 sayınadək qəzetə rəhbərlik edib.
   
   1910
   24 may - Bakıda Ü.Hacıbəylinin «Ər və arvad» musiqili komediyasının ilk tamaşası olub. 30 may - Üzeyir bəy «Həqiqət» qəzetinin redaktoru vəzifəsindən imtina edib.
   12 noyabr - Bakıda Ü.Hacıbəylinin «Rüstəm və Söhrab» operasının ilk tamaşası olub.
   
   1911
   25 aprel - Bakıda «O olmasın, bu olsun» musiqili komediyasının ilk tamaşası olub.
   
   1912
   10 mart - Bakıda «Şah Abbas və Xurşidbanu» operasının ilk tamaşası olub.
   18 may - Bakıda «Əsli və Kərəm» operasının ilk tamaşası nümayiş olunub.
   Sentyabr - Üzeyir bəy musiqi təhsili almaq üçün Moskvaya gedib, Moskva filarmonik cəmiyyəti nəzdində İlyinskinin xüsusi musiqi kursunda təhsil alıb. Moskvadan göndərdiyi satirik hekayə və felyetonlar «İqbal» qəzetində dərc olunub. Maddi ehtiyac üzundən Ü.Hacıbəyli Moskvada musiqi təhsilini yarımçıq qoyub, Bakıya qayıdıb.
   Avqust - Ü.Hacıbəyli Peterburq şəhərinə gedərək, Peterburq konservatoriyasına daxil olmağa hazırlaşıb.
   - «Arşın mal alan» musiqili komediyası üzərində işləyib. 25 oktyabr - Bakıda «Arşın mal alan» musiqili komediyasının ilk tamaşası olub.
   
   1914
   4 yanvar - Ü.Hacıbəyli Peterburq Konservatoriyasına qəbul olunub.
   İyun 1914 - Təhsilini yarımçıq qoyub, Bakıya qayıdıb. «Harun və Leyla» operası uzərində işləyib.
   
   1915
   - «Harun və Leyla» operasının librettosu nəşr olunub.
   18 sentyabr - Ü.Hacıbəyli «Yeni iqbal» qəzetinin redaktoru vəzifəsində işə başlayıb.
   
   1915
   11 oktyabr - Ü.Hacıbəyli «Yeni iqbal» qəzetinin sahibi və baş redaktorudur.
   
   19 fevral 1916 - «Yeni iqbal» qəzetindən uzaqlaşıb.
   
   1918
   İyun-sentyabr - Ü.Hacıbəyli Azərbaycan opera artistlərinin İranın Ənzəli və Rəşt şəhərlərinə qastrol səfərinə rəhbərlik edib.
   Oktyabr 1918 - Bakıda «Azərbaycan» qəzeti ilə əməkdaşlıq etməyə başlayıb.
   
   16 yanvar 1919 - «Azərbaycan» qəzetinin redaktoru vəzifəsinə təyin olunub və 1920-ci il aprelin 28-dək bu vəzifədə çalışıb.
   
   1920
   - Ü.Hacıbəyli musiqi akademiyası və xalq konservatoriyası açmaq və keçmiş musiqi məktəblərinin binalarını onlara verməyin zəruriliyi haqqında Azərbaycan xalq maarif komissarına məruzə təqdim edib.
   - Qadınlar klubu (sonralar Ə. Bayramov ad. klub) nəzdində xalq çalğı alətləri orkestrini təşkil edib.
   20 oktyabr - Azərbaycan Dövlət Konservatoriyasında Şərq musiqisi şöbəsi təşkil etmək haqqında Xalq Maarif Komissarlığına məruzə təqdim edib.
   
   1921
   - Ü.Hacıbəyli Xalq Maarif Komissarlığı incəsənət şöbəsində musiqi bölməsinin mudiri vəzifəsinə təyin olunub.
   25 may - Azərbaycan Dövlət Konservatoriyasını yenidən qurmaq barədə xalq maarif komissarına məruzə təqdim edib. Məruzə ADK-nın yaradılması üçün proqram kimi təsdiq edilib.
   12 dekabr - ADK-da zərb alətləri sinfi açmağın zəruriliyi haqqında təşəbbüs qaldırıb.
   
   1922-1924
   - Ü.Hacıbəyli özünün təşəbbüsü ilə təsis olunmuş Azərbaycan Dövlət Türk Musiqi Məktəbinə rəhbərlik edib.
   - Azərbaycan Dövlət Dram Teatrının repertuar komissiyasına cəlb olunub.
   
   1925
   - Ü.Hacıbəyli Bakı Zəhmətkeş Xalq Deputatları Sovetinə deputat seçilib.
   - Ü.Hacıbəylinin rəhbərliyi altında Azərbaycan Dövlət Türk Musiqi Texnikumu tələbələrinin gücü ilə «Arşın mal alan» musiqili komediyası tamaşaya qoyulub.
   
   1926 - Azərbaycan Dövlət Türk Musiqi Texnikumu Dövlət Konservatoriyası ilə birləşdirilib. Ü.Hacıbəyli konservatoriyanın prorektoru təyin olunub, konservatoriya nəzdində çoxsəsli tələbə xorunun təşkilinə təşəbbüs göstərib.
   
   1927 - Ü.Hacıbəyli və M.Maqomayevin ümumi redaktorluğu ilə «Azərbaycan türk el nəğmələri» məcmuəsi nəşr olunub. Məcmuənin tərtibçiləri Ü.Hacıbəyli, M.Maqomayev və Z.Hacıbəyov idi.
   
   1928
   6 may - Ü.Hacıbəyli Azərbaycan aşıqlarının birinci qurultayında «Aşıq sənəti» mövzusunda məruzə edib.
    - Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsinə təyin olunub və 1929-cu ilədək bu vəzifədə çalışıb.
   
   1930-1938 - Dövlət Konservatoriyasının Azərbaycan xalq musiqisi şöbəsinin müəllimi və müdiri olub.
   
   1931 - Ü.Hacıbəyli birinci notlu Azərbaycan xalq çalğı alətləri orkestrini təşkil edib.
   
   1932-1936
   - «Koroğlu» operası üzərində işləyib.
   
   1934
   - Ü.Hacıbəyli Azərbaycan Bəstəkarlar İttifaqının üzvü seçilib.
   - Azərbaycan Dövlət Konservatoriyasında «Ali məktəbdə tar və kamançanın perspektivləri» mövzusunda məruzə edib.
   
   1935 - Ü.Hacıbəyli «Azərbaycan SSR əməkdar incəsənət xadimi» fəxri adına layiq görülüb.
   
   1936 - Azərbaycan Dövlət Xorunu təşkil edib.
   
   1937
   30 aprel - Bakıda «Koroğlu» operasının ilk tamaşası olub. Ü.Hacıbəyli «Azərbaycan SSR Xalq artisti» fəxri adına layiq görülmüşdür.
   Dekabr - Birinci çağırış SSRİ Ali Sovetinə deputat seçiib.
   
   1938
   - Ü.Hacıbəyli Moskvada Azərbaycan incəsənəti ongünlüyündə iştirak edib.
   - «SSRİ xalq artisti» fəxri adına layiq görülüb, Lenin ordeni ilə təltif olunub.
   - Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri seçilib.
   
   1939
   - Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsinə təyin edilib.
   - SSRİ Bəstəkarlar İttifaqının birinci qurultayının təşkilat komitəsinin üzvü seçilib.
   
   1940
   - P.İ.Çaykovski adına Moskva Konservatoriyasında «Azərbaycan xalq musiqisinin əsasları» mövzusunda məruzə edib.
   - Ü.Hacıbəyli professor adı alıb.
   
   1941
   - Ü.Hacıbəyli «Koroğlu» operasına görə Stalin mükafatına layiq görülüb.
   - İkinçi çağırış SSRİ Ali Sovetinə deputat seçilib.
   İyun - Ü.Hacıbəyli orduya bədii xidmət sahəsində respublikada hamilik işlərinin rəhbəri tə"yin olunub.
   
   1942
   - Muğam və xalq mahnılarının ifası məsələsinə dair müşavirədə çıxış edib.
   - «Koroğlu» operası Azərbaycan Opera və Balet Teatrında rus dilində tamaşaya qoyulub.
   
   1944
   - Ü.Hacıbəyli SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının incəsənət bölməsinin rəhbəri təyin olunub.
   - Gənc ifaçıların respublika müsabiqəsinin münsiflər heyətinə sədrlik edib.
   Dekabr - Tbilisi şəhərində keçirilmiş Zaqafqaziya respublikaları musiqi ongünlüyünün təşkilatçılarından biri, Azərbaycan nümayəndə heyətinin bədii rəhbəri olub.
   - Azərbaycan Dövlət Simfonik Orkestrinə Ü.Hacıbəylinin adı verilib.
   
   1945
   - Ü.Hacıbəylinin «Azərbaycan xalq musiqisinin əsasları» monoqrafiyası nəşr olunub.
   - Ü.Hacıbəyli Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
   - «Qırmızı Əmək Bayrağı» ordeni ilə təltif edilib.
   Sentyabr - Ü.Hacıbəylinin anadan olmasının 60 illik yubileyi keçirilib.
   - Ü.Hacıbəylinin Azərbaycan SSR Elmlər Akademiyası İncəsənət İnstitutunun direktoru təyin olunub.
   Dekabr - Musiqi ifaçılarının Ümumittifaq müsabiqəsinin münsiflər heyətinin üzvü seçilib.
   
   1946 - «Arşın mal alan» kinofilminin musiqisinin müəllifi kimi Stalin mükafatına layiq görülüb.
   
   23 noyabr 1948 - Üzeyir Hacıbəyli vəfat edib.