Hotellərə sentyabra qədər "Eurovision" müsabiqəsi üçün yerləri bronlaşdırmamaq məsləhət görülüb
   

   Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bütün mehmanxanalara Bakıda "Eurovision 2012" müsabiqəsinin keçiriləcəyi müddət üçün yerlərin bronlaşdırılmasını sentyabra qədər dayandırmağı tövsiyə edib.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bildirib ki, bu sahədə qarşıda duran ən önəmli məsələ qonaqların və yarışma iştirakçılarının yerləşdirilməsidir: «Turizm şirkətləri indidən satış işlərini düzgün qurmalıdır. Biz isə onlara lazımi kömək göstərəcəyik ki, qiymətlər qalxmasın».
   Nazirin sözlərinə görə, hotellərdə xidmət səviyyəsinin yüksək olması hər bir Azərbaycan vətəndaşından asılıdır: «Dövlət bununla bağlı müəyyən tədbirlər görsə də, yerlərdə turizm xidmətlərini göstərən işçilər də öz xidmətlərinin səviyyəsini yüksəltmək üçün lazımi işlər görməlidirlər. Bunun üçün yerlərdəki turizm obyektlərinin əməkdaşları treninqlərə cəlb edilməlidir. Səviyyənin yüksəldilməsi yalnız turizm xidmətləri ilə bağlı olan məsələ deyil. Hər birimiz öz qonaqpərvərliyimizi göstərməliyik ki, bu mühüm tədbirdən üzüağ çıxaq».   

    Fəxriyyə