Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 6-da Bakı şəhərində görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, xalqımızın çoxəsrlik zəngin tarixinə adları qəhrəmanlıq rəmzi kimi həkk olunmuş görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyəti var.
   Sərəncamda Bakı şəhər İcra Hakimiyyətinə Babəkin abidəsinin ucaldılması ilə bağlı təkliflərini bir ay müddətində təqdim etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.