Sentyabrın 20-də Qazaxıstanın paytaxtı Astanada TÜRKSOY mədəniyyət nazirlərinin Daimi Şurasının XXIX iclası keçirilib. İclasda mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.
   İclasda TÜRKSOY-un Baş katibinin və növbəti dövr üçün koordinatorun seçilməsi, türkdilli ölkələrin müstəqilliklərinin bərpa olunmasının 20 illiyi ilə əlaqədar görülmüş işlər, təşkilatın 2012-ci il Fəaliyyət Planı və büdcəsi, 2011-ci il “Abdulla Tukay ili” çərçivəsində keçirilmiş tədbirlər haqqında hesabat və digər məsələlərin müzakirə olunub. TÜRKSOY-un hazırkı baş katibi Düsen Kaseinov 2011-2014-cü illər üzrə təşkilatın rəhbəri seçilib. Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay TÜRKSOY-un müvəqqəti əlaqələndiricisi seçilib.
   İclas yekun bəyannamənin imzalanması ilə başa çatıb. Günün ikinci yarısında nümayəndə heyətlərini Qazaxıstanın baş naziri Kərim Məsimov qəbul edib.