Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Azərbaycanda Atatürk Mərkəzi «Heydər Əliyev. Deyilən söz yadigardır» adlı xatirə nəşri çap edib. Nəşrin tərtibçiləri isə Mahmud Kaşğarlı Fondunun icraçı direktoru, şair Elxan Zal Qaraxanlı və «Dünya ədəbiyyatı» dərgisinin baş redaktoru, şair Səlim Babullaoğlu, redaktoru Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərovdur. Xatirə nəşrində Heydər Əliyevin miras qoyduğu qiymətli sözlər və aforizmlər toplanmışdır. Kitabça 5000 tirajla çap olunub.