Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov:
   “Azərbaycan İslam dünyasına böyük abidələr bəxş edib”
   
    Dünyanın nəhəng fikir adamları İslam dininin gözəlllyi, ali dəyərləri haqqında həmişə heyranlıqla danışıblar, bu dinə yüksək ehtiram göstəriblər. Zamanın sərt küləklərı yüzillər boyu nəinki İslam dininin dəyərini azaltmış, əksinə, onun əbədiyaşarlığını təsdiq etmişdir. Zaman göstərdi ki, bu qüdrətli din axar su kimi, işıq kimi bir zərrə belə ləkə götürmür. Dünyanın müxtəlif beynəlxalq təşkilatlarının insan və cəmiyyətlə bağlı qəbul etdiyi hüquqi və demokratik prinsiplər daha əvvəllər, daha ali formada Qurani-Kərimdə öz əksini tapıb. Və hər il Amerika və Avropanın müxtəlif ölkələrində yüzlərlə insanın bu dinə tapınması da islami dəyərlərin aliliyindən, qüdrətindən və əbədiliyindən xəbər verir. Bəşəriyyəti haqqa, ədalətə, dostluğa, sülhə, insanpərvərliyə çağıran İslam dininin inkişafı və təbliği ilə əlaqədar İslam Konfransı Təşkilatının, o cümlədən dövlətimizin gördüyü işlər, təbii ki, təqdirəlayiqdir. Bakının 2009-cu il üçün İslam Mədəniyyəti Paytaxtı elan olunması faktı da ölkəmizin İslam dünyasındakı böyük nüfuzuna dəlalət edir. Paytaxtımızda «Bakı - İslam Mədəniyyəti Paytaxtı» mədəniyyət ilinin açılışı ərəfəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovdan aldığımız müsahibəni sizə təqdim edirik:
   

   
   - Bildiyiniz kimi, Bakı 2009-cu il üçün İslam Mədəniyyəti Paytaxtı elan olunub. Biz İslam mədəniyyətinə hansı töhf ələr vermişik? Bizim yerimiz bu mədəniyyətin fonunda necə görünür?
   - Bakının İslam Mədəniyyəti Paytaxtı elan olunması və bu bir ildə keçiriləcək çoxsaylı və çoxsahəli tədbirlər, ümumiyyətlə islam sivilizasiyasını, islam mədəniyyətini daha bütöv, daha yüksək səviyyədə təqdim edəcək. Bu, ümumislam mədəniyyətinin öyrənilməsi və dünyaya təqdim edilməsi baxımından yeni bir mərhələ olacaq. Çünki sizin dediyiniz kimi, Azərbaycanın özü də İslam mədəniyyətinə, İslam sivilizasiyasına özünəməxsus çox böyük töhfələr bəxş edib. Azərbaycan Respublikası ilə İKT-nin hələ neçə illər əvvəl, 1998-cı ildə «Qafqazda İslam sivilizasiyası» mövzusunda keçirdiyi beynəlxalq tədbirdə də bu fikir birmənalı olaraq vurğulandı. Ulu öndərimizin o konfransdakı son dərəcə dərin məzmunlu, mündəricəli çıxışı iştirakçılarda çox böyük maraq doğurdu. Mənim sonralar o konfransın iştirakçıları, İKT-nin sədri hörmətli İhsanoğlu ilə müxtəlif ölkələrdə görüşlərim olub. Onlar ulu öndərimizin çıxışını böyük minnətdarlıqla xatırlayırlar və bildirirlər ki, o çıxış təkcə o gün üçün, XX əsrin sahilləri üçün yox, bütövlükdə bu günümüz və gələcəyimiz üçündür. Bu baxımdan, mənim fikrimcə, bu konfransın çox böyük əhəmiyyəti var.
   Azərbaycan İslam dünyasına böyük abidələr bəxş edib. İslam mədəniyyətinə aid bir çox abidələri qoruyub saxlayıb, yaşadıb. Qurani-Kərimdə adı keçən Naxçıvandakı Əshabi-Kəhfdən tutmuş sonrakı dövrlərin, sonraki əsrlərın yadigarı olan bir çox İslam abidələrinin adını çəkmək olar. Ümumiyyətlə, Azərbaycan xalqı islamı, mənəvi dəyərləri, Qurani-Kərimin kəlamlarını, müdrik fikirlərini həmişə yüksək qiymətləndirib. Milli-mənəvi və dini dəyərlərlə birlikdə bizim xalqımız həmişə yüksək mədəniyyətin, maarifçiliyin - həm dini, həm də dünyəvi maarifçiliyin, elmin axtarışında olub.
   - Son dövrlər Qərb və Şərq qarşıdurmasından çox danışılır. Indi buna qarşı «mədəniyyətlərarası dialoq» konsepsiyası qoyulub. Ötən ilin sonunda Avropa Şurasına üzv olkələrin mədənıyyət nazirlərinin iştirak etdiyi beynəlxalq konfransı xatırlamaq istəyırəm. O konfransın sonunda mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini nəzərdə tutan «Bakı Bəyannaməsi» adlı yekun sənəd də qəbul olundu. Onun real nəticələr verəcəyini gözləmək olarmı?
   - Birincisi, siz deyən məsələ ilə bağlı Azərbaycanda heç bir problem yoxdur. O sahədə Azərbaycan dünya üçün bir nümunə, bir örnəkdir. Bu fikirləri elə-belə demirəm. ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Enn Dörsi bu yaxınlarda bəyan elədi ki, Azərbaycan dünyaya təkcə neft, qaz və başqa məhsullar yox, tolerantlıq da ixrac eləməlidir. Həmin fikri başqa xarici diplomatlar da səsləndirirlər. Bu sözləri Azərbaycan həqiqətləri ilə tanış olan bir çox dövlətlərin başçıları, beynəlxalq təşkilatların rəhbərləri və mütəxəssislər də deyirlər. Dini və milli məsələlərlə məşğul olan hər kəs bu fikirləri təsdiq etmək məcburiyyətindədir. Hətta bizi sevməyən qüvvələr də, qruplar da bu həqiqəti etiraf eləyirlər. Mən bu fikri niyə vurğulayıram? Çünki tolerantlıq mühiti olmayan ölkədə sivilizasiyaların, mədəniyyətlərin dialoqundan danışmaq olmaz. Bir az da məsələni konkretləşdirsək, belə ölkələrdə dinlərin, konfessiyaların dialoqları aparılsa da, müsbət nəticə verməz. Azərbaycan tarixən mədəniyyətiərin və sivilizasiyaların qovuşduğu yer olub. Məsələn, Azərbaycanda iudaizmin 2500 ildən artıq tarixi var. Azı 2500 il əvvəl qaçqın yəhudilər Babilistandan, indiki Iraq ərazisindən Cənubi Azərbaycana, sonra da Bakı, Şirvan, Dərbənd də daxil olmaqla, bizim torpaqlara yayılıblar. Bu gün də yəhudilər hər yerdə bəyan edırlər ki, Azərbaycan keçmiş SSRİ-də yeganə öikədir ki, burada heç vaxt antisemitizm, milli-dini diskriminasiya halları olmayıb. Əlbəttə, bu fikır xalqımızın yüksək mədəniyyətinin, tolerantlığının göstəricisi kimi bizi sevindirməyə bilməz. Yaxud xristianlıq yaranan zamanlardan bu din Azərbaycanda yayılıb. Sonra islam da yarandığı ilkin vaxtlardan ölkəmizdə geniş yayılıb. Onlardan əvvəl də Azərbaycanda başqa mədəniyyətlər, dinlər olubdur ki, onların təzahürləri bu gün də yaşamaqdadır. Azərbaycanda bütün dini abidələr qorunub saxlanılır. Məsələn, Şəkidə Kiş abidəsini çoxumuz görmüşük. Yerli əhali - müsəlmanlar bu qədim alban abidəsini qoruyub saxlayır.
   Mən uzun müddət milli siyasət məsələləri ilə məşğul olmuşam. Din də milli siyasətin tərkib hissəsidir. Hazırkı işim də müəyyən dərəcədə milli məsələlərlə bağlıdır. Milli, dini məsələlərlə məşğul olan xarici mütəxəssisiər dönə-dönə qeyd ediblər ki, istər milli, istərsə də dini tolerantlıq, insan hüquqlarının dini-milli zəmində qorunması sahəsində, ümumiyyətlə, milli və dini azlıqlara aid münasibətlərdə də Azərbaycanda son dərəcə sivil, özünəməxsus, yüksək bir təcrübə mövcuddur. Hətta onlar təklif edirlər ki, Qərb, xüsusilə də Avropa ölkələri bu təcrübəni öyrənməli və öz ölkələrində yaymalıdırlar.
   Keçən ilin iyun ayında Almaniyada Azərbaycan gerçəkliyinə həsr olunmuş bir konfrans keçirildi. Bu, Almaniya Bunderstaqı və Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü ilə çox yüksək səviyyədə hazırlanmış bir tədbir idi. Azərbaycan həqiqətləri o konfransda çox yüksək şəkildə söylənildi. Mən orada həm məruzə ilə çıxış etdim, həm də sonda söz dedim. Son sözümdə Azərbaycan gerçəkliyini əyani görmək üçün konfrans iştirakçılarını ölkəmizə dəvət etdim. Bir neçə ay sonra onlardan bir qrupu Bakıya gəldi. Onlar Azərbaycanda müxtəlif görüşlərdə oldular. Hər yerdə bizdəki tolerantlıq mühitinə heyran qaldıqlarını bildirirdilər. Hətta öz ölkələrində - Almaniyada bəzi hallarda ayrı-ayrı qüvvələr tərəfindən milli azlıqlara qarşı göstərilən qeyri-sağlam münasibəti də xəcalət hissi ilə etiraf etdilər.
   Dünyada gedən inteqrasiya prosesi «Bakı Bəyannaməsi»nə də nikbinliklə baxmağa əsas verir.
   - Bu ilin yanvannda ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama özünün andiçmə mərasimindəki çıxışında İslam dövlətlərinin əlini sıxmağa hazır olduğunu bildirdi. Sizcə, bu, dünyadakı siyasi proseslərə təsir edəcəkmi?
   - Mən şəxsən bır ziyalı və dövlət məmuru kimi ABŞ prezidentinin bu sözlərinə çox böyük ümidlə baxmaq istəyirəm. İstəyirəm ki, dünyadakı ayrı-seçkilik hallarının aradan qaldırılması üçün sağlam siyasət yürütsün, Qərblə Şərq arasında saf münasibətlərin formalaşması üçün çalışsın. Eyni zamanda, Qafqazdakı münaqişələrin, xüsusən Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsinin həllində obyektiv olsun. Əgər belə olarsa, mən əminəm ki, o, bu problemləri həli edə biləcək və dünyada nüfuzu çox qalxacaq.
   - Bakının İslam Mədəniyyəti Paytaxtı elan olunması ilə bağlı sizin rəhbərlik etdiyiniz qurum hansı tədbirləri planlaşdırır?
   - Nazirlər Kabinetinin təsdiq etdiyi iş planı var. Əsasən Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmiər Akademiyası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə həyata keçirəcəkləri tədbirlər nəzərdə tutulub. Oradan bəzi məqamları diqqətinizə çatdırıram. Bu ilin sentyabrında «İslam dəyərləri ümumbəşəri dəyərlərin bır hissəsidir» adlı beynelxalq konfrans keçiriləcək. Bu konfransın keçirilməsində yuxarıda adlarını çəkdiyim qurumlarla yanaşı, Qafqaz Müsəlmanları İdarəsi də iştirak edəcək. Həmçinin bu il «İslam mədəniyyətində Azərbaycan mədəni irsi», «İslamda mədəniyyət və gözəllik amili» və bu səpkidə olan digər silsilə beynəlxalq elmi-praktik konfransların keçirilməsi nəzərdə tutulur. Bildiyiniz kimi, bu tədbirlər ilin sonuna kimi davam edəcək.
   
   Söhbətləşdi: Qorxmaz