Bakı Şəhər İcra Hakimiyyəti Milli Qurtuluş Günü münasibətilə iyunun 15-də saat 21.00-da Dənizkənarı Milli Parkda, Saat Qülləsinin yanında tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı və saat 23.00-da möhtəşəm atəşfəşanlıq təşkil edəcək. Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini və şəhərimizin qonaqlarını möhtəşəm bayram şənliyinə dəvət edir.