Azərbaycan aşıqları sentyabrın 23-25-də Türkiyənin Osmaniye vilayətinin Duziçi rayonunda keçiriləcək 14-cü Beynəlxalq “Karacaoğlan Aşıqlar Bayramı”na dəvət olunublar. Osmaniye Duziçililer Mədəniyyət və İnkişaf Dərnəyinin rəhbəri Ziya Kılıcın məlumatına görə, ozan bayramına Türkiyədən başqa, Azərbaycan və Qazaxıstandan dəvət olunan 50-yə yaxın aşıq qatılacaq.
   Tədbirdə həmçinin bayramda ilk dəfə olaraq yaşları 25-dən az olan gənc aşıqlar arasında müsabiqə keçiriləcək.