Bu il Azərbaycan aşıq sənətinin tanınmış nümayəndəsi Molla Cümənin anadan olmasının 160 ili tamam olur.
Dekabrın 4-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında aşıq Molla Cümənin 160 illik yubiley gecəsi keçiriləcək.
Molla Cümə Azərbaycan aşıq ədəbiyyatı tarixinə yenilikçi aşıq-şair kimi daxil olub. XIX yüzilliyin sonları və XX yüzilliyin birinci yarısında milli aşıq sənətinin vüsət tapmasında Molla Cümə yaradıcılığının mühüm yeri var.