Prezident yanında Bilik Fondu tərəfindən dekabrın 4-də “Azər-İlmə” Xalçaçılıq Mərkəzində “Kitabi-Dədə Qorqud” saz və söz işığında” musiqili ədəbi məclis keçirilib.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov ölkə başçısının sərəncamı ilə böyük söz abidəmiz “Kitabi-Dədə Qorqud”un alman dilinə tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200 illiyinin qeyd olunduğunu bildirib.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məhərrəm Qasımlı “Kitabi-Dədə Qorqud” və əxlaqi-mənəvi dəyərlərimiz” mövzusunda çıxış edib. Bildirib ki, dövlətçiliyimizin, xalqımızın, mədəniyyətimizin, dilimizin tarixi, etnoqrafiyamız, milli mənəvi dəyərlərimiz “Kitabi-Dədə Qorqud” eposunda toplanıb.
Aşıq Altay dastandan mahnılar və digər aşıq havalarını ifa edib.
“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin direktoru, Əməkdar incəsənət xadimi Vidadi Muradov tədbirin rəhbərlik etdiyi müəssisədə keçirdilməsinə görə Bilik Fonduna təşəkkürünü bildirib. Mərkəzlə tanışlıq tədbir iştirakçılarında xoş təəssürat yaradıb.