Azərbaycan aşıqlarının bir qrupu VII “Dağlılar” beynəlxalq folklor və ənənəvi mədəniyyət festivalında iştirak etmək üçün Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərinə yola düşüb.
Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, 10 nəfərdən ibarət heyətə qurumun katibi Məhəmmədəli Məşədiyev rəhbərlik edir. Heyətə aşıqlardan Əməkdar mədəniyyət işçisi Haşım Balasıyev, Qələndər Zeynalov, Dəmir Vəliyev, Nəbi Nağıyev, Nazim Quliyev, Babək Şahbazov, balaban ustaları Əziz Ağacanov və Səfər Mehtiyev, nağaraçalan Nemət Rəhimov daxildir.