İran Aşıqlar Birliyinin sədri Aşıq Şahbazidən aldığımız məlumata görə, birliyin www.ashiqlarbirliyi.ir adlı saytı internet istifadəçilərinin ixtiyarına verilib. Onun sözlərinə görə, sayt keçmişdən bu günə bütün Azərbaycan aşıq ədəbiyyatı, folklor örnəkləri və nümayəndələrini bir araya gətirir.
Saytda xəbərlər, aşıqlar haqqında bilgilər, onların yaradıcılığı, dastanlar, birliyin fəaliyyətini əks etdirən foto və videolar, məqalələr, festivallar, mükafatlar, kitablar, tədbirlər və başqa yazılar yer alıb.

S.Qaliboğlu