Sentyabrın 5-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə “Misri - gənc aşıqların səs incisi” adlı diskin təqdimatı olacaq.
Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı bildirib ki, diskdə bütün bölgələrimizdən olan 15-35 yaş arası 30-dək gənc aşığın repertuarı toplanıb. Bildirilib ki, ilk dəfə olaraq diskdə Balakən və Zaqatala rayonlarından gənc tamburçu aşıqların ifası da yer alıb.
Qeyd edək ki, təqdimat mərasimində aşıq musiqisindən ibarət konsert proqramı da nəzərdə tutulub.