Sentyabrın 24-25-də Türkiyənin Qars şəhərində Dünya Qarapapaq Türkləri Birliyinin - KARPAT-ın təşkilatçılığı ilə Türk Dünyası Mədəniyyət Festivalı keçiriləcək. Festivala dünyanın bir çox ölkələrində yaşayan Qarapapaq türklərinin tanınmış elm və sənət adamları qatılacaq.
Tədbirdə Azərbaycan Aşıqlar Birliyi də təmsil olunacaq. Festivalda Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı, qurumun katibi Musa Nəbioğlu və Əməkdar mədəniyyət işçisi, aşıq Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” qrupu iştirak edəcək. Tədbirdə “Çeşmə” qrupu xüsusi repertuarla səhnəyə çıxacaq.