Dəvəçi rayonunda böyük tikinti-quruculuq işləri gedir. Rayon günü-gündən gözəlləşir, abadlaşır. Bununla birlikdə tarixi günlər və hadisələr, görkəmli sənət xadimlərinin yubileyləri də yüksək səviyyədə qeyd olunur.
   
   Dəvəçi rayonunda Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Adın şərəflidir sənin, ey Qadın” adlı teatrlaşdırılmış bayrama həsr olunmuş tamaşa-konsertdə Dəvəçi rayonunun qadınları çox böyük həvəslə, sevinclə iştirak etdilər. Bu tamaşa- konsert davam etdikcə rayon Qadınlar Şurasının sədri Minə xanım Quliyeva, rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, rayon Səhiyyə Şöbəsinin müdiri İlqar Osmanov, “Şabran” ədəbi məclisinin üzvü Aybəniz Əliyarlı, yazıçı-rejissor, “Qızıl Dərviş” mükafatı laureatı Ağalar İdrisoğlu çıxış edərək qadınları təbrik etdilər, onlara cansağlığı, ailə səadəti və müstəqil respublikamızın quruculuğunda böyük əzmkarlıqla çalışmağı arzu etdilər.
   Dəvəçi Rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Əhməd Səmədovun, rayon Mədəniyyət evinin bədii rəhbəri Mehparə Səfərovanın və quruluşçu rejissor Cabir Əmrahovun yüksək peşəkarlıqla hazırladıqları “Adın şərəflidir sənin, ey Qadın” tamaşa-konsertində rayonun tanınmış müğənniləri, həvəskar aktyorları Novruz Abdullayev, Yaqub Gülməmmədov, Abdulbağı Bağırov, Natiq Əliyev, Tamara Muradova, Ağamayıl Ağasızadə, Əmirqulu Cümşüdov, Qulu Mövsümov, Natiq Nağıyev, Məqsəd Əsgərov, Paşa Paşayev, Mədinə Cövdətova və məşhur “Xınayaxdı” folklor xalq kollektivinin üzvləri analara, qadınlara həsr olunan mahnılarla, qədim adət-ənənələrimizdən bəhs edən folklor nümunələri ilə bu tamaşa-konsertin daha da rəngarəng, maraqlı və professional keçməsi üçün əllərindən gələni etdilər.
   
   Fikrət Nuşiyev,
   Ağa Mehdi