Dəvəçi rayonunun “Şabran şəhəri” adlanan tarix-mədəniyyət qoruğunda Novruz bayramı şənliyinə həsr olunan cıdır yarışı keçirilib.
   20 at 500 metrlik məsafədə yarışdı və beləliklə, birinci yerə 20 nömrəli idmançı Fəzail Ağarzayev, ikinci yerə 5 nömrəli idmançı Pərviz Əsgərov və üçüncü yerə isə 1 nömrəli idmançı Fərid Musayev layiq görüldülər. Onu da vurğulamaq istəyirik ki, qaliblərin hər üçü Ağalıq kəndinin sakinləri idi. Bu qaliblərdən əlavə 4 və 8-ci yerləri tutan 5 idmançıya da həvəsləndirici mükafatlar təqdim olundu. Aşıq Haşım qaliblərin şərəfinə mahnılar oxudu.
   Sonra isə qalib üç at və həvəsləndirici mükafat alan beş atların sahibləri əllərində Milli Bayrağımız tamaşaçıların alqışları və zurnaçıların çaldığı “Cəngi” musiqisi ilə artıq meydandan keçdilər. Tamaşaçılar onları sürəkli alqışlarla qarşılayırdılar. Qədim Şabran düzünə toplaşan insanların bu möhtəşəm cıdır yarışını gördükdə hamının qəlbində yalnız bir arzu çiçək açırdı. Qoy bu milli bayramımız olan Novruzun qədəmləri sadalı olsun. Gələn il cıdır yarışını qədim Şuşada, “Cıdır” düzündə keçirək. qaliblər əllərində Milli Bayrağımız Şuşadan Xankəndinə yürüş etsinlər və qaliblərin şərəfinə Qarabağın uca zirvələrində tonqallar qalansın.   

  Ağalar İdrisoğlu