Gədəbəy Aşıqlar Məktəbinin inşasına may ayından başlanması nəzərdə tutulub. Gədəbəy Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, respublikada ilk Aşıqlar Məktəbinin rayon mərkəzində, Heydər Əliyev parkının qərb hissəsində inşa edilməsi nəzərdə tutulub. Artıq binanın tikilməsi üçün 450 kv-dən çox sahə ayrılıb. Aşıqlar Məktəbi binasının 2 mərtəbəli, daxili və xarici görkəminə görə müasir standartlara uyğun şəkildə inşa ediləcəyi bildirilir.