Erməni hərbi qüvvələri 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə XX əsrin ən dəhşətli və qanlı faciəsini - Xocalı soyqırımını törətdilər. Bəşəriyyət tarixdə çox soyqırımlar görüb. Lakin Xocalı qətliamı bunların içərisində ən dəhşətlisi və faciəlisi oldu.
   Xocalı faciəsi bu günlər respublikamızın hər yerində böyük hüzn və ehtiramla anılır.
    Bu məqsədlə Kürdəmir Rayon Mədəniyyət və Turizm Şöbəsi də Xocalı faciəsinin 18-ci ildönümünə həsr ediləcək “Xocalı faciəsi Azərbaycan tarixinin qanlı səhifəsidir” adlı tədbirlər planı hazırlayıb.
   Tədbirlərin həyata keçirilməsi məqsədilə təşkilat komitəsi yaradılıb. Burada bütün mədəni-maarif müəssisələrinin rəhbərləri arasında iş bölgüsü aparılıb. Həmin iş bölgüsünə əsasən fevralın 26-dək bütün mədəni- maarif müəssisələrində Xocalı faciəsinin 18-ci ildönümünə həsr edilmiş “Xocalı faciəsi Azərbaycan tarixinin ən qanlı səhifəsidir” adlı silsilə tədbirlər həyata keçiriləcək.
   
   Məryəm Əliyeva,
   Kürdəmir rayon MKS-nin metodika-biblioqrafiya şöbəsinin baş kitabxanaçısı