Salyan Rayon Mərkəzi Kitabxanasında faşizm üzərində tarixi qələbənin 65 illiyi münasibətilə müharibə veteranları ilə mədəniyyət işçilərinin görüşü keçirildi. Rayon Veteranlar Şurasının sədri Ramiz Mustafayev, veteranlar Piralı Musayev, Əhməd Rasimov və başqaları keçdikləri döyüş yolundan söz açdılar. Tədbirin sonunda veteranlara hədiyyələr təqdim olundu.   

   Lətif Zərbəliyev,
   Salyan rayonu