Zərdab rayonu Mərkəzi Kitabxanasında Xalq şairi Rəsul Rzanın anadan olmasının 100 illiyi münasibətilə «Eldən soruş» adlı ədəbi-bədii məclis keçirilib. Tədbiri kitabxananın direktoru Solmaz İbrahimova açaraq böyük şairin yaradıcıığı, Azərbaycan ədəbiyyatında yeri barədə danışıb. Musiqili ədəbi-bədii gecəyə rayon İcra Hakimiyyətindən, rayon mərkəzi xəstəxanasından, 1, 2, 3 saylı orta məktəblərindən nümayəndələr, veteran kitabxanaçılar, rayon ağsaqqalları iştirak ediblər. Tədbirdə məktəblilər R.Rza poeziyasından nümunələr söyləyiblər, şairin sözlərinə yazılmış mahnılar səslənib.
   Gecədə fəal iştirak edən şagirdlərə hədiyyələr təqdim olunub.
   Tədbir Nigar Rəfibəylinin sözlərinə bəstələnmiş «Ala gözlüm» mahnısının sədaları altında yekunlaşıb.

   Tərlan Abdullayeva,
   Zərdab