Mədəniyyət və Turizm Nazirliyi iyunun 22-dən 30-dək Qax rayonunda rəssamların yaradıcılıq emalatxanasını təşkil edəcək. Tədbirin keçirilməsində məqsəd ölkəmizdə təsviri sənətin inkişaf etdirilməsi, regionlarda bu sahəyə marağın artırılması, rəsm qalereyalarının fondlarının zənginləşdirilməsidir.
   Yaradıcılıq emalatxanısındakı tədbirdə Şəki, Balakən, Zaqatala, Qax, Qəbələ, İsmayıllıdan gənc rəssamlar çalışacaqlar. Bu müddətdə rəssamların çəkəcəyi əsərlər Qax Dövlət Rəsm Qalereyasında sərgilənəcək. Daha sonra isə əsərlər qalereyanın fonduna qəbul ediləcək.