Tərtər rayon Mərkəzləşmiş Kitabxana Sistemində alman faşizmi üzərində Qələbənin 65 illiyi və ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş kitab bayramı təşkil edilib. Kitab bayramında rayon ictimaiyyəti və məktəblilər iştirak ediblər. Tədbirdə alman faşizmi üzərində qələbənin 65 illiyinə həsr edilmiş geniş məruzə oxunub, müharibə veteranları ilə xatirə şəkilləri çəkilib.
   Kitab bayramında ulu öndərimizin həyat və fəaliyyətinə aid məruzə dinlənilib, məktəblilər ona həsr olunmuş şeirlər söyləyiblər.