Mayın 21-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Xaçmaz rayonunda III Kitab bayramı keçiriləcək. Tədbirdə 20 adda kitab sərgiləri təşkil ediləcək. Kitab bayramında mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, ziyalılar, geniş ictimaiyyət, kitabxanaçılar, məktəblilər, KİV nümayəndələri iştirak edəcək.
   Kitabxanaçılar təbiətdə davranış qaydaları ilə bağlı kiçikyaşlılarla viktorina keçirəcək və viktorinada suallara düzgün cavab verənlər hədiyyə alacaq. Tədbirin sonunda “Təbiət ilhama çağırır bizi” adlı müsabiqəsi üzrə qaliblərə diplom və hədiyyələr təqdim olunacaq.