Samux Rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, rayonun Siracəddin Ağa ziyarətgahı deyilən ərazisində qazıntı işləri aparılarkən burada qədim şəhərin qalıqları aşkar edilib. Rayon mərkəzindən 35 kilometr aralıda yerləşən həmin əraziyə baxış keçirən ekspertlər burada arxeoloji qazıntılar aparılmasının vacibliyini bildiriblər. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının qazıntı işləri aparacaqları barədə müsbət cavab alınıb.