Gəncədəki uşaq incəsənət məktəbinin kollektivi şəhər sakinləri qarşısında maraqlı konsert proqramı ilə çıxış edib. Müəllim və şagirdlərin ifasında səsləndirilən “Rast” muğam-kompozisiyası, dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından parçalar, sazçalanlar ansamblının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertin sonunda məktəbin direktoru Ramail Atayev təhsildə fərqlənən və konsertdə nümunəvi çıxış edən şagirdlərə fəxri fərmanlar təqdim edib.