Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində yaxın günlərdə arxeoloji tədqiqatlar davam etdiriləcək. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya rəhbəri Əkbər Bədəlov bildirib ki, arxeoloji tədqiqatlar əsasən Meydantəpə abidəsinin ətrafında aparılacaq.
   Muxtar respublikanın Kəngərli rayonu ərazisində isə iyulun 25-dən arxeoloji qazıntı işləri başlanacaq. Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya rəhbəri Qəhrəman Ağayev bildirib ki, arxeoloji qazıntılar Şahtaxtı qədim yaşayış yerində davam etdiriləcək.