Gəncə Dövlət Rəsm Qalereyasında 50-dən artıq rəssam dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə təşkil olunacaq sərgidə iştirak etmək üçün hazırlıq işlərinə başlayıb. Qalereyadan bildiriblər ki, sərgi üçün çoxlu sayda ağac üzərində oyma, xalça, dulusçuluq, qrafika və rəngkarlıq nümunələri hazırlanır. Bu əsərlərin hamısı tamaşaçılar üçün maraqlı olacaqdır. Ən maraqlısı isə Nizami Gəncəvinin kibrit çöplərindən yığılmış portretinin maketidir. Maketin hündürlüyü təxminən bir metrdir.