Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən təşkil olunan “Uşaq kitab karvanı - İpək Yolu ilə” regionlararası tədbirin iştirakçıları Gəncə, Goranboy, Şəmkir, Tovuz, Ağstafada keçirilən görüşlərdən sonra Qazax rayonunda olublar.
  
   Qazax şəhər Mədəniyyət evinin qarşısında Respublika Uşaq Kitabxanasının Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) hədiyyə etdiyi müxtəlif nəşriyyatların çap məhsullarından ibarət 920 nüsxə kitab kolleksiyası oxuculara nümayiş olunub. Tədbirdə Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Valeh Vəliyev, Qazax Uşaq Yaradıcılıq Mərkəzinin kollektivi, Qazax şəhər uşaq bağçaları, şəhər 1, 2, 3, 4, 5 saylı orta məktəbin müəllim və şagird kollektivi, mədəniyyət işçiləri, rayon ictimaiyyəti iştirak edib.
   Qazax rayon MKS-in direktoru Solmaz Babanlı “Uşaq kitab karvanı - İpək Yolu ilə” regionlararası tədbirin əhəmiyyətindən söz açıb. “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nı bu sahənin kompleks inkişafını təmin edən sənəd kimi əhəmiyyətini vurğulayıb.
   Respublika Uşaq Kitabxanası direktorunun müavini Zahirə Dadaşova bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilən “Uşaq kitab karvanı”nın məqsədi əhalinin, xüsusilə uşaqların kitaba, mütaliəyə həvəsinin artırılması, kitabxana-informasiya xidmətinin əhatə dairəsinin genişləndirilməsidir.
   Tədbirdə iştirak edən şair İlyas Tapdıq uşaqlara elmin, texnikanın inkişafında yüksək nailiyyətlər qazanmaq üçün çoxlu kitablar oxumağı tövsiyə edib. Uşaq yazıçısı Gülzar İbrahimova tədbir iştirakçılarına yeni əsərləri haqqında məlumat verib. “Tumurcuq” qəzetinin baş redaktoru Səməd Məlikzadə uşaq mütaliəsində dövri mətbuatın böyük rolu olduğunu vurğulayıb.
   Tədbirin bədii hissəsində Qazaxın saz-söz ustalarının çıxışları maraqla qarşılanıb. Şəhər uşaq yaradıcılıq mərkəzinin üzvləri müxtəlif rəqslərlə tədbiri daha da rövnəqləndirib, balaca fidanların ifasında mahnılar təqdim edilib, nağıl qəhrəmanlarının paradı, müxtəlif müsabiqələr keçirilib, məktəblilər Vətənə, kitaba, mütaliəyə həsr edilmiş şeirlər söyləyiblər.   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar